Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əhliman Xıdırova Əməkdar hüquqşünas fəxri adı verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə:

Əliyeva Səbahət Əli qızı

Nəcəfova Tərlan Məhəmməd qızı

Zeynalova İradə İsmayıl qızı − “Əməkdar müəllim” fəxri adı ilə;

Tarverdiyev Məhərrəm Novruz oğlu – “Əməkdar həkim” fəxri adı ilə;

Novruzov Elxan Yunis oğlu – “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə;

Xıdırov Əhliman Mehman oğlu – “Əməkdar hüquqşünas” fəxri adı ilə;

Rzayeva Xoşqədəm Hüseyn qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə;

Hüseynova Mehparə Səfər qızı – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə;

Mehdiyev Samir Əyyub oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər".

Qeyd edək ki, fevralın 9-u Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümüdür.