Bir sıra birinci instansiya məhkəmələrinə hakimlərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

Hərbi məhkəmələr üzrə:

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi
Orucəliyev Abil Elmar oğlu

Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:

Babək Rayon Məhkəməsi
İsmayıl Günay Mikayıl qızı

Naxçıvan Şəhər Məhkəməsi

Əliyeva Gülsüm Kamal qızı

                                                                       İlham Əliyev

                                                 Azərbaycan Respublikasının Prezidenti

                                                          Bakı şəhəri,3 fevral 2021-ci il.