Daşqın Səfərov Şahbuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edildi

Prezident İlham Əliyev fevralın 3-də Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi Daşqın Səfərovun vəzifəsinin dəyişdirilməsi haqqında Sərəncam imzalayıb.

          Sərəncamda deyilir:

"Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alıram:

1. Daşqın Yaqub oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

                                                                       İlham Əliyev

                                                 Azərbaycan Respublikasının Prezidenti

                                                          Bakı şəhəri,3 fevral 2021-ci il.