Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev Ordubad rayonunda vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev növbəti dəfə 19 dekabr 2019-cu il tarixdə Ordubad rayonunda vətəndaşların qəbulunu həyata keçirmişdir. Ordubad Rayon Məhkəməsində vətəndaşları qəbul edən Ali Məhkəmənin sədri Qasım Əliyev qəbul zamanı onların müraciətlərini diqqətlə dinləmiş və müraciətlərdə qaldırılan məsələlər  yerindəcə öz həllini tapmışdır.