Bülletenlər
Naxçıvan MR Ali Məhkəməsinin bülleteni 2006-cı ildən ildə iki dəfə olmaqla nəşr olunur. Bülleten 7 sərlövhədən ibarətdir. Birinci sərlövhə "Yeni sənədlər, normativ aktlar" adlanır. Bülletenin “Yeni sənədlər, normativ aktlar” sərlövhəsini təqdim etməkdə məqsəd məhkəmə sistemi ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi, Naxçıvan Muxtar Respublikasının hüquqi aktları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, qanunvericiliyə edilən dəyişikliklər, normativ-hüquqi aktlar sisteminə daxil olmayan, lakin muxtar respublika üçün mühüm əhəmiyyətə malik olan rəsmi sənədlərlə oxucuları tanış etməkdir.
Üçüncü bölmə "İnsan hüquqları və məhkəmə təcrübəsi" adlanır ki, burada da Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsinin öyrənilməsi məqsədilə həmin məhkəmənin yeni qərarlarının icmalları oxuculara təqdim edilir.
Bundan başqa "Nəzəriyyə və hüquqtətbiqetmə problemləri", "Hakimlərin milli və beynəlxalq qurumlarında" və "Azad tribuna" adlı sərlövhələrdə müxtəlif hüquqi mövzularda olan məqalələr dərc olunur. Bülletenin "Ali Məhkəmənin mətbuat xidmətindən" adlanan sonuncu bölməsində məhkəmənin fəaliyyətinə dair xəbər materialları yayyımlanır.
Bülletenlərimizin Elektron versiyasının aşağıdakı linklərdən yükləyə bilərsiniz.