Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili 

(Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının 

Qanununda dəyişikliklər edilməsi barədə

 

Naxçıvan Muxtar Respublikasının 

 

Q a n u n u

 

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

 

I. "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununa aşağıdakı dəyişikliklər edilsin:

1. 4.2-ci və 4.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"4.2. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

4.3. Müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni Müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir. Bu halda onun səlahiyyət müddəti yeni Müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur." 

2. 16.1-ci maddədə "Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavininin aylıq əmək haqqına bərabər məbləğdə" sözləri "950 manat məbləğində" sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

  

         

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                         Vasif TALIBOV

 

Naxçıvan şəhəri, 28 dekabr 2009-cu il