"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili 

(Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının 

Qanununda dəyişiklik edilməsi barədə

 

Naxçıvan Muxtar Respublikasının 

 

Q a n u n u

 

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun 19.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"19.2. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz".

     

      

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                         Vasif TALIBOV

 

Naxçıvan şəhəri, 08 yanvar 2008-ci il