NAXÇIVAN MUXTAR RESPUBLİKASININ VƏKİLLƏR KOLLEGİYASI HAQQINDA NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ

 

QANUNU

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında Naxçıvan Muxtar Respublikasının Qanununa aşağıdakı dəyişikiliklər və əlavə edilsin:

1. 2-ci maddədə:

1.1. I hissə aşağıdakı redaksiyada verilsin:

I. Vəkillər Kollegiyasının Nizamnaməsini, İxtisas və İntizam Komissiyalarının əsasnamələrini qəbul etmək, onlara əlavə və dəyişikliklər etmək, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrini, sədr müavinini və digər üzvlərini, İntizam Komissiyasının sədrini və üzvlərini seçmək, Vəkillər Kollegiyasının büdcəsini və üzvlük haqqının həcmini müəyyən etmək Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağının müstəsna səlahiyyətidir.;

1.2. II hissə çıxarılsın;

1.3. III hissənin üçüncü cümləsində bir sözü iki sözü ilə əvəz edilsin.

2.  8-ci maddənin VII hissəsinə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

Barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs Vəkillər Kollegiyasının seçkili orqanlarında vəzifəyə seçilə bilməz

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                             Vasif TALIBOV

 

Naxçıvan şəhəri, 24 iyun 2010-cu il.