"Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tətbiq edilməsi barədə

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN FƏRMANI

 

 

"Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

 

1.    Müəyyən edilsin ki, "Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 5-ci maddəsinin III

bəndində nəzərdə tutulmuş "müvafıq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

 

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                                           VASİF TALIBOV

 

 

Naxçıvan şəhəri, 08 yanvar 2008-ci il

№ 109-III FR