Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QANUNU

 

 

Bu Qanun "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan Muxtar Respublikasının ərazisində hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafıəsini həyata keçirmək üçün onlara hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qəbul edilir.

 

Qanun Naxçıvan Muxtar Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını müəyyən edir.

 

Maddə 1. Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası

 

I.  Naxçıvan Muxtar Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və  Naxçıvan Muxtar Respublikası ərazisindəki bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir.

 

II.  Vəkillər Kollegiyası hüquqi şəxsdir.

III.Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu, bu Qanun və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

 

IV.   Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağı və Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasının orqanlarıdır.

V.  Vəkillər Kollegiyası aşağıdakı vəzifələri yerinə yetirir:

-   bu Qanunun tələbrinə uyğun olaraq kollegiya üzvlüyünə qəbul olunma məsələsini həll edir;

-   bu Qanunun tələblərinə uyğun olaraq intizam nəzarətini həyata keçirir;

-   hüquq mühafizə orqanlarının və məhkəmələrin tələbi əsasında vəkillik fəaliyyəti ilə bağlı məsələlərə rəy verir;

-   vəkillərə münasibətdə öz səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirir;

-bu Qanunun tələblərinə uyğun olaraq başqa məsələləri həll edir.

 

Maddə 2. Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağı

 

I.  Vəkillər Kollegiyasının Nizamnaməsini, Intizam Komissiyasının Əsasnaməsini, İxtisas Komissiyasının Əsasnaməsini qəbul etmək, onlara əlavə və dəyişikliklər etmək, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrini, sədr müavinini və digər üzvlərini, İntizam Komissiyasının sədrini vo üzvlərini seçmək Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağının müstəsna səlahiyyətidir.

 

II.     Aşağıdakı məsələlər Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağı tərəfindən həll edilə bilər:

-   Vəkillər Kollegiyasının büdcəsini müəyyən edir;

-   üzvlük haqqının həcmini müəyyən edir.

 

III.    Vəkillər Kollegiyasının Ümumi yığıncağı üç ildə bir dəfədən az olmayaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən çağırılır. Zərurət olduqda isə Vəkillər Kollegiyasının növbədənkənar Ümumi yığıncağı iki ildə bir dəfədən çox olmamaq şərti ilə Vəkillər Kollegiyasının üzvlərinin üçdə birinin tələbi əsasında çağırıla bilər. Vəkillər Kollegiyasının Ümumi yığıncağı çağınldıqda Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir ay ərzində onun təşkilini və keçirilməsini təmin edir.

Maddə 3. Vəkillər Kollegiyasının Rəyasət Heyəti

I.       Üç ildən az olmayan müddət ərzində vəkil işləmiş, Vəkillər Kollegiyasının üzvləri arasında nüfuza malik olan və seçkilər gününədək intizam tənbehi olmayan şəxslər Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, sədr müavini və digər üzvləri seçilə bilərlər.

II.    Rəyasət Heyətinin sədri, sədr müavini və digər üzvləri Vəkillər Kollegiyası üzvlərinin Ümumi yığıncağında beş il müddətinə seçilirlər. Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri və sədr müavini eyni zamanda müvafiq olaraq Vəkillər Kollegiyasının sədri və onun müavini hesab olunurlar. Heç kəs iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilməz.

 

III.   Vəkillər Kollegiyasının Rəyasət Heyəti:

-   Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir;

-   Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır;

-   dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını tərtib edir və müvəqqəti saxlama yerlərinə təqdim edir;

   Ixtisas Komissiyasına üzvlər təyin edir;

-  ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini müəyyən edir;

-  vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır;

 

-vəkillər haqqında intizam icraatı başlayır;

 

-vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir:

-Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını, işçilərin əməkhaqqını təsdiq edir və bu Qanunda nəzərdə tutulmuş digər məsələləri həll edir.

IV. Üzvlərinin üçdə ikisi iştirak etdikdə Rəyasət Heyətinin iclasları səlahiyyətlidir. Rəyasət Heyətinin iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

 

Maddə 4. Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin səlahiyyətləri

 

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri:

-   Vəkillər Kollegiyasını təmsil edir;

-   Rəyasət Heyətinin işini təşkil edir və aparatınm işinə rəhbərlik edir;

-    Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının fəaliyyətini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının orqanları ilə əlaqələndirir;

-    bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada Kollegiyaya qəbul, vəkillərin Kollegiyadan xaric edilməsinə dair məsələləri Rəyasət Heyətinin iclaslarında baxılması üçün hazırlayır və təqdim edir;

 

-Rəyasət Heyətinin iclaslarına sədrlik edir;

-Rəyasət Heyəti aparatının işçilərini işə qəbul və işdən azad edir;

 

-Rəyasət Heyəti aparatının işçiləri tərəfindən əmək və icra intizamına əmə1 olunmasına nəzarət edir;

 

-statistik hesabatın təhlilini təşkil edir;

-   vətəndaşları qəbul edir, onların qəbulu, ərizə və şikayətlərinə baxılması sahəsində Rəyasət Heyətinin işini təşkil edir;

-   təsdiq olunmuş smeta daxilində maliyyə vəsaitləri üzərində sərəncam verir.

Maddə 5. Vəkillərin İxtisas Komissiyası

 

I. Vəkilliyə namizədlərin qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığınm müəСѓСѓən edilməsi üçün İxtisas Komissiyası yaradılır.

II.   İxtisas Komissiyası üç vəkil, bir hakim və bir hüquqşünas alimdən, ümumilikdə isə beş üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.

III.     İxtisas Komissiyasının vəkil olan üzvləri müvafıq olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti, hakim olan üzvü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti tərəfmdən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan üzvü müvafıq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.

IV.    İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafıq sənədlər və məlumatlar tələb edir.

V.  İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafıq РіəСѓ təqdim edir.

 

VI.    Üzvlərinin üçdə ikisi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

 

VII.    Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə

bilər.

VIII.    İxtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər.

IX.     İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfındən müəyyən edilir.

X.       İxtisas Komissiyası Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir.

 

Maddə 6. Vəkilin andı

 

I.  Vəkillər Kollegiyasına üzv qəbul olunınuş şəxs Kollegiyanın Rəyasət Heyətinin iclasmda dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir:

 

"Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafıə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm."

 

II.   Vəkillərin səlahiyyətləri and içdiyi andan başlayır və vəkillər həmin vaxtdan vəkil reyestrinə daxil edilirlər.

III. Vəkillər andın mətninə imza edir və bu sənəd vəkillərin şəxsi işində saxlanılır.

 

Maddə 7. Vəkillərin İntizam Komissiyası

I.       Vəkillər tərəfındən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularma dair şikayətlərə və müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunınası üçün Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır.

II.    Vəkillərin İntizam Komissiyası "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qanuna və onun əsasında Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir.

 

Maddə 8. Vəkillərin intizam məsuliyyəti

 

I.  Vəkil peşə borcunu həyata keçirərkən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, bu Qanunun və digər qanunvericilik

aktlarmın tələblərini pozduqda, o, intizam məsuliyyətinə cəlb edilir.

 

II.  Vəkil yalnız Vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir.

 

III. Vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər.

 

IV.    Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır.

V.     İntizam Komissiyası intizam icraatmın başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir.

VI.    İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:

 

-  iradtutma;

-  töhmət;

 

- üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması.

Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatına xitam verilir.

 

VII.   Üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərardan məhkəməyə şikayət vermək olar.

 

VIII.     Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər.

 

Maddə 9. Vəkilin fəaliyyətinə xitam verilməsi

 

I. Vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər:

-  öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə;

-  barəsində məhkəmənin qanuni qüvvəyə minıniş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

-  fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə;

-  vəfat etdikdə;

-  məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

-  Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə;

-  "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə və bu Qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

 - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə.

 

II. Vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin I hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.

 

Maddə 10. Vəkillər Kollegiyasının vəsaiti

I.     Vəkillər Kollegiyasının vəsaiti ona daxil olan üzvlük haqqından yaranır.

II.   Vəkillər Kollegiyasına daxil olan vəsaitin miqdarı və xərclənməsi qaydası onun Nizamnaməsinə uyğun olaraq müəyyən edilir.

 

Maddə 11. Vəkillik fəaliyyəti ilə bağlı məsələlərin tənzimlənməsi

 

Bu Qanunla tənzimlənməyən vəkillik fəaliyyəti ilə bağlı, o cümbdən vəkillik, vəkilliyin vəzifələri, vəkillik fəaliyyəti, vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları, vəkilliyin rəmzləri, vəkillik fəaliyyətinin təminatı, vəkil, vəkilin köməkçisi, vəkilin hüquqları və vəzifələri. vəkillərin peşə hazırlığı və ixtisasının artırılması, vəkil sirri. vəkil etikası, vəkil tərəfindən göstərilən hüquqi yardım haqqının ödənilməsi, dövlət hesabına hüquqi yardımın göstərilməsi, vəkillərin pensiya təminatı. əcnəbilər tərəfındən hüquqi yardımın göstərilməsi və digər məsələlər "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzımlənir.

Maddə 12. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

KEÇİD MÜDDƏASI

 

I. Bu Qanunun qüvvəyə mindiyi günədək mövcud olan Naxçıvan Muxtar Respublikası Hüquq Məsləhətxanasının bütün hüquq və vəzifələri, mülkiyyətində və istifadəsində olan əmlak yeni yaranınış Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına keçir.

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                                                 VASİF TALIBOV

 

 

Naxçıvan şəhəri,  08  yanvar 2008-ci il

№ 4-III QN